"Neftçi" ilə vidalaşan təcrübəli yarımmüdafiəçi karyerasını harada davam etdirəcək?

"Neftçi" ilə vidalaşan təcrübəli yarımmüdafiəçi karyerasını harada davam etdirəcək?

"Neftçi" ilə yollarını ayıran Elvin Camalovun yeni klubu müəyyənləşir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 31 yaşlı yarımmüdafiəçi karyerasını "Qəbələ"də davam etdirməyə yaxındır.

Azad agent statusu daşıyan təcrübəli futbolçunun keçidinin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 2025-ci ilin yanvarından "ağ-qaralar"ın şərəfini qoruyan Camalov bu müddətdə 29 rəsmi oyuna çıxaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər