"Neftçi" ilə oyuna hazırlaşan "Zirə"nin heyəti ilə bağlı son vəziyyət açıqlandı

"Neftçi" ilə oyuna hazırlaşan "Zirə"nin heyəti ilə bağlı son vəziyyət açıqlandı

Misli Premyer Liqasının 3-cü turunda "Neftçi"ni qəbul edəcək "Zirə"nin heyəti ilə bağlı son vəziyyət açıqlanıb.

Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:

"Cəzalı və ya zədəli oyunçu yoxdur. Komanda "Neftçi" ilə matça tam heyətlə hazırlaşır".

Qeyd edək ki, "Zirə" - "Neftçi" qarşılaşması avqustun 30-da keçiriləcək.  Zirə İK stadionunda keçiriləcək görüşün start fiti 20:15-də səsləndiriləcək. Hər iki komandanın hazırda 6 xalı var. Tərəflər turnir cədvəlində 1-2-ci yerləri bölüşürlər.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər