"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

"Neftçi" İdman Klubu yeni loqosunu ictimaiyyətə təqdim edib.

Fanat.Az xəbər verir ki, klubun yeni emblemi ənənəvi ağ-qara rənglərdə hazırlanıb.

Loqonun mərkəzində klubun ilk rəmzinin konturları, adının baş hərfi və neft buruqları təsvir olunub. Emblemin yuxarı hissəsində "Neftçi" İdman Klubunun adı, aşağı hissəsində isə klubun yaranma tarixi olan "1937" əksini tapıb.

Klubdan bildirilib ki, yeni loqo "Neftçi"nin tarixi irsini qorumaqla yanaşı, müasir vizual kimliyini də özündə əks etdirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər