"Neftçi" hazırlığın ilk mərhələsini yekunlaşdırdı

"Neftçi" hazırlığın ilk mərhələsini yekunlaşdırdı

"Neftçi" yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurub.

Fanat.Az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

Sonuncu gündə baş məşqçi Yuri Vernidub komandanın üzvlərini "Palms Sports" Futbol Mərkəzində keçirilən ikitərəfli oyunda sınayıb.

Hərəsi 30 dəqiqədən ibarət olan iki hissəli oyunda baş məşqçinin ixtiyarında olan bütün futbolçular, o cümlədən əvəzedici komandadan cəlb edilmiş oyunçular forma geyinib.

Təlim-məşq toplanışının ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində təşkil olunacaq. "Ağ-qaralar" həmin müddət ərzində 4 yoxlama görüşü keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər