"Neftçi" Dünya Qadın Seriyasında yarımfinala yüksəldi

"Neftçi" Dünya Qadın Seriyasında yarımfinala yüksəldi

"Neftçi"nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında bu gün növbəti matçını keçirib.

Fanat.Az xəbər verir ki, komanda Uqanda yığması ilə üz-üzə gəlib.

Qarşılaşma "Neftçi"nin qələbəsi ilə başa çatıb - 18:15.

Yarımfinal oyunu bu gün saat 21:50-də keçiriləcək.

Qeyd edək ki, Bakı klubu ötən gün A qrupunda Macarıstan (19:18) və Slovakiya (21:14) millilərinə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər