"Neftçi" 9-cu, "Qəbələ" ilk dəfə

"Neftçi" 9-cu, "Qəbələ" ilk dəfə

Azərbaycan Kubokunun finalçıları müəyyənləşib. Fanat.az xəbər verir ki, mayın 22-də baş tutacaq həlledici matçda "Neftçi" və "Qəbələ" qarşılaşacaq.

"Rəvan"ı iki oyunun nəticəsinə görə 4:2 hesabı ilə yenən (1:1, 3:1) "Neftçi" tarixində 9-cu dəfə finala çıxıb. Hamıdan çox - 5 dəfə kuboku başı üzərinə qaldıran "Neftçi" (1995, 1996, 1999, 2002, 2004, 2013) iki dəfə finalda uduzub. "Ağ-qaralar" bu gün 9-cu dəfə finala çıxıb.

"Qarabağ" və "Xəzər Lənkəran" indiyədək 6 final oynayıb. Hər iki komanda 3 dəfə kuboka sahib çıxıb. "Kəpəz" 4, "Bakı" 3 finalın hamısında qalib olub. Bakı "İnşaatçı"sı və "Şəfa" bir dəfə finala çıxaraq, uğur qazana biliblər.

"İnter" 4, "Şəmkir", "Kür" (Mingəçevir) 2, "İnşaatçı" (Sabirabad), "Xəzri" (Buzovna), "Karvan" (Yevlax) və "MKT-Araz" 1 dəfə finala vəsiqə qazansa da, kuboka sahib çıxa bilməyiblər.

"Xəzər Lənkəran"ı mübarizədən kənarlaşdıran "Qəbələ" ilk dəfə finala vəsiqə əldə edib.

Azərbaycan Kuboku: bütün finallar

1992 İnşaatçı (Bakı) - Kür (Mingəçevir) 2:1

1993 Qarabağ (Ağdam) - İnşaatçı (Sabirabad) 1:0

1993/94 Kəpəz (Gəncə) - Xəzər Lənkəran 2:0

1994/95 Neftçi (Bakı) - Kür (Mingəçevir) 1:0

1995/96 Neftçi (Bakı) - Qarabağ (Ağdam) 3:0

1996/97 Kəpəz (Gəncə) - Xəzri (Buzovna) 1:0

1997/98 Kəpəz (Gəncə) - Qarabağ (Ağdam) 2:0

1998/99 Neftçi (Bakı) - Şəmkir 0:0 (penalti - 5:4)

1999/00 Kəpəz (Gəncə) - Qarabağ (Ağdam) 2:1

2000/01 Şəfa (Bakı) - Neftçi (Bakı) 2:1

2001/02 Neftçi (Bakı) - Şəmkir 3:0

2003/04 Neftçi (Bakı) - Şəmkir 1:0 (əlavə vaxtda)

2004/05 Bakı - İnter (Bakı) 2:1 (əlavə vaxtda)

2005/06 Qarabağ (Ağdam) - Karvan (Yevlax) 2:1

2006/07 Xəzər Lənkəran - MKT-Araz (İmişli) 1:0

2007/08 Xəzər Lənkəran - İnter (Bakı) 2:0

2008/09 Qarabağ (Ağdam) - İnter (Bakı) 1:0

2009/10 Bakı - Xəzər Lənkəran 2:1 (əlavə vaxtda)

2010/11 Xəzər Lənkəran - İnter (Bakı) 1:1 (penalti - 4:2)

2011/12 Bakı - Neftçi (Bakı) 2:0

2012/13 Neftçi (Bakı) - Xəzər Lənkəran 0:0 (penalti - 5:3)

2013/14 Neftçi (Bakı) - Qəbələ

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər