"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

Bu gün "Neftçi SOCAR" 3x3 basketbol komandası İspaniyanın Kaseres şəhərində keçiriləcək Dünya Qadın Seriyasında mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, Bakı təmsilçisi A qrupundakı ilk oyununda İspaniya təmsilçisi "Madrid"lə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə 22:05-da start götürəcək. Azərbaycan komandasının ikinci rəqibi indilik dəqiqləşməyib.

Xatırladaq ki, "ağ-qaralar" Orlean və Marseldəki raundların qalibi olub. İndiyədək keçirilmiş 12 mərhələnin yekununa əsasən, "Neftçi SOCAR" (352 xal) ümumi komanda hesabında ikinci pillədə mövqe tutub.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər