"Neftçi SOCAR" Dünya Qadın Seriyasında mövsümü ikinci pillədə başa vurub

"Neftçi SOCAR" Dünya Qadın Seriyasında mövsümü ikinci pillədə başa vurub

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının 2026 mövsümünü ikinci pillədə başa vurub.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

"Ağ-qaralar" 672 xalla ümumi sıralamada ikinci olub.

Xatırladaq ki, "Neftçi SOCAR" mövsüm ərzində ümumilikdə 12 mərhələdə iştirak edib. Komanda Orlean və Marsel mərhələlərinin qalibi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər