I divizionda qış fasiləsi başa çatıb və II dövrəyə start verilib. Fanat.az xəbər verir ki, XIV turun ilk oyun günündə 4 qarşılaşma baş tutub.
İlk dövrədə uğursuz çıxış edən "Şahdağ" evdə iddialı "Qaradağ Lökbatan"ı 4:1 hesabı ilə yenib. "Turan Tovuz" səfərdə "Göyəzən"ə 2:1, "Mil-Muğan" evdə "Şərurspor"a 2:0 hesabı ilə qalib gəlib. "Energetik" - "Bakılı" oyununda hesab açılmayıb - 0:0.
Turun qalan 3 oyunu bu gün keçirilib. Lider "Neftçala" səfərdə "Bakı"nı 4:1 hesabı ilə yenib. "Ağsu" MOİK-ə qalib gəlib - 1:0. "Şəmkir" - "Zaqatala" oyunu isə 1:1 hesabı ilə başa çatıb.
I divizion
2015/16 mövsümü
II dövrə, XIV tur
18 fevral
Mil-Muğan - Şərurspor 2:0
Qollar: Samir Babayev, 58; 85.
Şahdağ - Qaradağ Lökbatan 4:1
Qollar: Şahin Məmmədov, 23. Sərxan Ağayev, 31. Osman Osmanov, 78. David Çaçkunaşvili, 86 - İmran Təhmirazlı, 30.
Energetik - Bakılı 0:0
Göyəzən - Turan Tovuz 1:2
Qollar: Vüsal İbrahimov, 56 - İlkin Rzayev, 49. Tuqay Alhüseynli, 60.
19 fevral
Ağsu - MOİK 1:0
Qol: Elnur Səmədov, 45+1.
Bakı - Neftçala 1:4
Qollar: Roini İsmayılov, 89 (avtoqol) - Aqşin Həşimov, 8; 28-pen. Elvin Adışirinli, 44; 67.
Şəmkir - Zaqatala 1:1
Qollar: Bəhruz Teymurov, 88-pen - Oruc Balaşlı, 41.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Neftçala | 14 | 12 | 1 | 1 | 41:8 | 37 | |
| 2 | Qaradağ L | 14 | 10 | 2 | 2 | 34:18 | 32 | |
| 3 | Ağsu | 14 | 7 | 4 | 3 | 25:13 | 25 | |
| 4 | Şəmkir | 14 | 6 | 5 | 3 | 17:11 | 23 | |
| 5 | Mil-Muğan | 14 | 5 | 6 | 3 | 20:11 | 21 | |
| 6 | Bakılı | 14 | 6 | 3 | 5 | 21:21 | 21 | |
| 7 | MOİK | 14 | 5 | 3 | 6 | 16:17 | 18 | |
| 8 | Turan T | 14 | 5 | 3 | 6 | 20:17 | 18 | |
| 9 | Zaqatala | 14 | 4 | 5 | 5 | 18:19 | 17 | |
| 10 | Şərurspor | 14 | 4 | 3 | 7 | 25:19 | 15 | |
| 11 | Şahdağ | 14 | 4 | 2 | 8 | 16:28 | 15 | |
| 12 | Bakı | 14 | 6 | 2 | 6 | 18:21 | 11 | |
| 13 | Energetik | 14 | 1 | 2 | 11 | 6:53 | 6 | |
| 14 | Göyəzən | 14 | 1 | 2 | 11 | 8:29 | 5 | |
| Bombardirlər | David Canelidze (Neftçala) - 12. Rəhman Musayev (Şərurspor) - 11. | |||||||
| Qeyd: | FIFA-nın İntizam Komitəsinin qərarına əsasən “Bakı”nın 9 xalı silinib. | |||||||
Fanat.az