"Neftçala" Bakıda can verəcək

"Neftçala" Bakıda can verəcək
Bir neçə gün əvvəl "Neftçala" və "Qaradağ Lökbatan"a ayrılan pulun AFFA tərəfindən kəsilməsi barədə məlumat vermişdik. Etibarlı mənbədən verilən məlumata görə, yaya qədər klublara cüzi yardım ayrılacaq ki, dabğılmasınlar. Komandalar özlərinə yeni sponsor tapmasa, yayda hər ikisi tarixin yaddaşına qovuşacaq.
Bu gün "Neftçala" ilə bağlı Piasport.az-a yeni məlumatlar daxil olub. Kluba yaxın mənbənin verdiyi məlumata görə, I divizionun lideri bundan sonra Bakıda məskunlaşacaq. Bunun səbəbi isə maliyyə ilə bağlıdı. Belə ki, "Neftçala" rəhbərliyi baş məşqçiyə rayona gedib-gəlmək üçün pulun olmadığını bildirib.
Məlumata görə, komanda bundan sonra "Ruslan 93"də məskunlaşacaq, burdakı süni meydançada məşq edəcək. Futbolçular düşərgəyə oyun günü gələcək və matçdan sonra evlərinə yollanacaqlar.
Mənbənin verdiyi digər məlumata görə, klubda ixtisarlarla da başlayıb. Bütün texniki işçilər işdən çıxarılıb. Həmçinin Kamal Quliyevin köməkçiləri də klubu tərk edib. İndi baş məşqçinin cəmi bir köməkçisi qalıb.
Pulun azalması futbolçulara da təsir edib. Belə ki, oyunçuların maaşları 40-50 faiz azaldılıb. Üstəlik komanda hələ də maaş almayıb. Bəzi futbolçular məşqə getməyə pul tapmır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər