"Narazı qaldım" - Roman Qriqorçuk

"Narazı qaldım" - Roman Qriqorçuk

Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının ilk turunda "Turan Tovuz"la qolsuz heç-heçə etdikləri oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis "ağ-qaralar"ın çalışdırıcısı qismində çıxdığı ilk rəsmi matçdan sonra təşkil edilən mətbuat konfransında belə danışıb:

"Heç-heçə oynadıq və bunu müsbət nəticə saya bilmərik. Narazı qaldım. "Neftçi" zəngin tarixə malik klubdur. Öz meydanımızda qələbə qazanmalıyıq. Yaxşı oynadığımızı deyə bilmərəm. Heç oyunumuzu pis də adlandırmazdım. Yaxşı oynamağa çalışdıq. Bəzi məqamlarda pis deyildik. 90 dəqiqə aqressiv futbol sərgiləmək istəyirdik. Matçın sonlarında daha parlaq oyunka diqqət çəkdik. Bəlkə də vaxt çatmadı"

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər