Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Neftçi"nin rəqibi olan Çernoqoriya "Mladost"unun baş məşqçisi Aleksandr Nedoviçin bu gün Bakıda mətbuat konfransı baş tutmalı idi. Fanat.az xəbər verir ki, tədbirin saat 20.30-da start götürməli olsa da, keçirilməyib.
Buna çernoqoriyalıların "Bakcell Arena"ya gec gəlməsi səbəb olub. Ona görə də mətbuat konfransı ləğv olunub.
Sonradan məlum olub ki, "Mladost"un stadiona gec gəlməsinə səbəb onları aparan avtobusu müşaiyət edən yol polisləri olub. Belə ki, onlar "Bakcell Arena"nın yolunu tapa bilmirmiş. Stadiona təxminən bir saat gec gələn çernoqoriyalı futbolçular avtobusdan düşərkən öz narazılıqlarını aşkar biruzə veriblər. Rəqib oyunçulardan polislər tərəfə tüpürənlər də tapıblar.
Qeyd edək ki, "Mladost" sabah "Bakcell Arena"da "Neftçi"nin qonağı olacaq. Matç saat 21.00-da start götürəcək.//azerisport.az
Fanat.az