"Mladost" - "İnter" matçının hakimləri

"Mladost" - "İnter" matçının hakimləri

Avropa Liqasında Azərbaycanı təmsil edəcək “İnter”in I təsnifat mərhələsindəki ilk görüşünün hakimləri müəyyənləşib. Paytaxt klubunun “Mladost”la Serbiyadakı matçı rusiyalı ədalət təmsilçilərinə həvalə edilib.

 

İyunun 29-da, Luçani şəhərinin eyniadlı stadionunda təşkil ediləcək qarşılaşmada əsas söz sahibi Aleksandr Matyunin olacaq. Ona Anton Kobzevlə Aleksey Lunyov kömək edəcəklər. Oyunda dördüncü hakim funksiyasını isə Yevgeni Turbin yerinə yetirəcək.

 

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər