"Mladost" - "İnter" matçını canlı izləyə biləcəyikmi?

"Mladost" - "İnter" matçını canlı izləyə biləcəyikmi?

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyunun 29-da baş tutacaq "Mladost" - "İnter" oyunu ölkəmizdə canlı yayımlanması böyük sual altındadı. Fanat.Az-a klubdan verilən məlumata görə Serbiya təmsilçisinin iştirakıyla keçiriləcək avrokubok matçına yerli telekanallar maraq göstərmir.

Matç saatına qədər vəziyyət dəyişməsə azərbaycanlı futbolsevərlərin görüşü canlı izləmək imkanı olmayacaq. Bu günədək Azərbaycan televiziyaları ilə serblər arasında siqnal barteri də müzakirə edilməyib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər