"Milan"ın qapıçısı oteldə özünə xəsarət yetirdi - İtaliya nəhəngi əl-ayağa düşdü

"Milan"ın qapıçısı oteldə özünə xəsarət yetirdi - İtaliya nəhəngi əl-ayağa düşdü

"Milan"ın qapıçısı Marko Sportello ABŞ-də mövsümöncəsi hazırlıq zamanı qeyri-adi şəraitdə özünə xəsarət yetirib. 

Fanat.Az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb.

Mənbənin məlumatına görə, o, oteldə əlini kəsib. Qolkiperin sağalma müddəti hələ dəqiq məlum deyil. Bununla belə, onun ən azı 2 ayı buraxacağı gözlənilir.

“Rossonerilər” artıq yeni qapıçı axtarışına çıxıb.

32 yaşlı italiyalı ötən mövsüm bütün turnirlərdə 9 oyun keçirib, 3 dəfə qapısını toxunulmaz saxlayıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər