"Milan"ın prezidenti qəzəbləndi - "Təzminat tələb edirik"

"Milan"ın prezidenti qəzəbləndi - "Təzminat tələb edirik"

“Milan”ın prezidenti Paolo Skaroni A Seriyasında 9-cu turda “Bolonya” ilə oyunun pis hava şəraitinə görə təxirə salınması qərarından qəzəblənib.

Fanat.Az xəbər verir ki, "Football Italia" 77 yaşlı italiyalı funksioner kluba dəyən ziyana görə təzminat almaq istədiyini qeyd edib:

“Hökumət orqanlarının verdiyi bütün bu cür qərarlar sorğulanmalıdır, xüsusən də səbəb aydın olmayanda və bizə aid məsələ barədə bağlı qapılar arxasında müzakirə aparılanda. Haqsızlıq odur ki, matçın niyə baş tutmadığı ilə bağlı tutarlı səbəb deyilmir. Biz dəymiş ziyana görə kompensasiya almaq istəyirik”.

Əlavə edək ki, hər iki komanda Çempionlar Liqasında və İtaliya Kubokunda iştirak etdiyi üçün "Milan" - "Bolonya" matçı yanvarda baş tutacaq. "Rossoneri"lər ötən gün 10-cu tur çərçivəsində "Napoli" ilə qarşılaşaraq 0:2 hesabı ilə uduzub.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər