"Milan"ın oyunu təxirə salındı - SƏBƏB

"Milan"ın oyunu təxirə salındı - SƏBƏB

A Seriyasının 9-cu turu çərçivəsində keçirilməli olan "Bolonya" - "Milan" matçı təxirə salınıb. 

Fanat.Az xəbər verir ki, məlumatı ev sahibi klubun mətbuat xidməti yayıb. 

Bildirilib ki, buna şəhərdə baş verən güclü daşqın səbəb olub. 

Görüş oktyabrın 26-da, şənbə günü Bolonyada baş tutmalı idi, lakin hava şəraiti və onun nəticələrinin aradan qaldırılması ilə əlaqədar matçın təxirə salınması qərara alınıb. İtaliya mətbuatının məlumatına görə, matç üçün mümkün yeni tarix dekabrın 18-i göstərilib.

Xatırladaq ki, “Bolonya” A Seriyasının turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. “Milan” isə səkkiz turda 14 xal toplayaraq dördüncü yerdədir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər