"Milan"ın müdafiəçisi əməliyyat olundu

"Milan"ın müdafiəçisi əməliyyat olundu

"Milan"ın ingiltərəli futbolçusu Kayl Uolker əməliyyat olunub.

Fanat.Az xəbər verir ki, İtaliya təmsilçisinin mətbuat məlumat yayıb.

O, sağ dirsəyində sınıq aşkarlandığı üçün cərrah masasına uzanmaq məcburiyyətində qalıb. Əməliyyatın uğurla keçdiyi və 34 yaşlı müdafiəçinin yaxın günlərdə bərpa məşqlərinə başlayacağı bildirilib.

Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm "Milan"ın heyətində 12 matça çıxıb.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər