"Milan"ın mərkəz müdafiəçisi iş yerini dəyişmək üzrədir

"Milan"ın mərkəz müdafiəçisi iş yerini dəyişmək üzrədir

"Milan"ın mərkəz müdafiəçisi Fikayo Tomori iş yerini dəyişmək üzrədir.

Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, bir neçə klubun maraqlandığı arxa xətt oyunçusu "Yuventus”a keçməyə yaxındır. 

Yazılanlara inansaq, sözügedən oyunçu özü də Turin təmsilçisində oynamaq variantına müsbət yanaşır. "Qoca sinyora"nın 27 yaşlı müdafiəçiyə "Milan"da aldığından daha yüksək maaş ödəməyə hazır olduğu bildirilib. 

Mənbə "qırmızı-qaralar"ın Tomori üçün 30 milyon avro tələb etdiyini, lakin "Yuve"nin bu transferi 15 milyon avroya reallaşdırmaq istədiyini vurğulayıb.

Xatırladaq ki, Tomorini “Milan”ın 2021-ci ilin yayında “Çelsi”dən 34 milyon avroya alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər