"Milan"a qələbə qazandıran Leau nə danışdı?

"Milan"a qələbə qazandıran Leau nə danışdı?

Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda evdə "Jirona"nı 1:0 hesabı ilə məğlub edən "Milan"ın vingeri Rafael Leau qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti yeganə qolun müəllifi olan portuqaliyalı futbolçunun sözlərini belə çatdırıb:

"Milan"ın heyətində Çempionlar Liqasında oynadığım üçün şadam. Biz nəticədən və turnir cədvəlindəki yerimizdən razıyıq. Qarşımıza qoyduğumuz məqsəd bu idi. Komandada əla ab-hava var. Biz özümüzə inanırıq və baş məşqçimizin arxasınca gedirik".

Xatırladaq ki, 15 xalı olan "Milan" ÇL-in turnir cədvəlində 6-cı sırada qərarlaşıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər