"Milan"a keçəndən bəri belə oyunlarla bağlı xəyallar qurmuşam" - Alvaro Morata

"Milan"a keçəndən bəri belə oyunlarla bağlı xəyallar qurmuşam" - Alvaro Morata

"Milan"ın hücumçusu Alvaro Morata Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində bu gün "Liverpul"a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:

"Milan"a keçəndən bəri belə oyunlarla bağlı xəyallar qurmuşam. Biz yarımfinalda və hətta finalda da qarşılaşa bilərdik. Özümü ən yaxşı tərəfdən göstərməyi və azarkeşləri bizimlə qürur duymağa məcbur etməyi çox arzulayıram. "Liverpul"la oyun kimi matçlar tarixə düşür. Çempionlar Liqası Çempionlar Liqasıdır. Bu turnirdə Avropanın ən yaxşı klubları mübarizə aparırlar. Oyuna yüksək səviyyədə köklənmişik".

Xatırladaq ki, "Milan" - "Liverpul" qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər