"Milan" Yoviçlə bağlı qərarını verdi

"Milan" Yoviçlə bağlı qərarını verdi

"Milan" hücumçusu Luka Yoviçlə bağlı yekun qərarını verib.

Fanat.Az-ın məlumatına görə, "qırmızı-qaralar"ın rəhbərliyi sözügedən futbolçu ilə yeni müqavilə imzalayacaq.

Məlumatı tanınmış  insayder Fabritsio Romano yayıb.

Mənbə yeni müqavilənin 2025-ci ilin yayına qədər nəzərdə tutulacağını vurğulayıb. Onun hazırkı anlaşmasının müddəti iyunun sonunda başa çatacaq.

Ötən ilin sentyabrından "Milan"da çıxış edən Yoviç 30 matça çıxıb. Bu qarşılaşmalarda 9 qol vuran forvard 1 məhsuldar ötürmə ilə də yadda qalıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər