"Milan" rəhbərliyi 3 ulduz futbolçunu satmaq niyyətindədir -ADLAR

"Milan" rəhbərliyi 3 ulduz futbolçunu satmaq niyyətindədir -ADLAR

Cari mövsüm qeyri-sabit çıxışla diqqət çəkən "Milan" klubunun rəhbərliyi bu yay heyətdə köklü dəyişikliklər etməyi planlaşdırır.

Fanat.Az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "qırmızı-qaralar"ın idarəçiləri 3 ulduz futbolçunu satmaq niyyətindədirlər.

Bunlar qapıçı Mik Menyan, cinah müdafiəçisi Teo Ernandes və vinger Rafael Leaudur.

Menyan və Ernandesin müqavilələrinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Fransalı qolkiper yeni anlaşma ilə bağlı klubu ilə razılığa gəlsə belə, bu, onun komandada uzun müddət qalacağına zəmanət vermir. Ernandesin taleyi isə qeyri-müəyyəndir. "Milan" ötən ay sözügedən müdafiəçini "Komo"ya 50 milyon avroya satmaq istəsə də, futbolçu getmək istəməyib. 

Leaunun hazırkı sözləşməsi 2028-ci ilin yayınadək qüvvədədir. Buna baxmayaraq, A Seriyası təmsilçisi portuqaliyalı oyunçu üçün gələcək təklifləri dəyərləndirmək fikrindədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər