"Milan" qapıçısı ilə bağlı yekun qərarını verdi

"Milan" qapıçısı ilə bağlı yekun qərarını verdi

 "Milan" rəhbərliyi komandanın qapıçısı Mayk Menyan ilə bağlı yekun qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, İtaliya nəhəngi sözügedən oyunçu ilə müqavilə yeniləyəcək. Mənbə tərəflərin artıq razılığa gəldiklərini və yeni anlaşmanın müddətinin 2029-cu ilin yayınadək nəzərdə tutulacağını diqqətə çatdırıb.

Bundan başqa, "qırmızı-qaralar"ın Ticani Reynders və Kristian Pulişiçlə də müqavilənin müddətini artırmaq istədiyi vurğulanıb.

Qeyd edək ki, Menyan 2021-ci ildən "Milan"ın uğurları üçün çalışır.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər