İtaliyanın "Yuventus" klubu əzəli rəqibi "Milan"dan fransız müdafiəçi Pyer Kalyulyunu transfer edib.
Fanat.Az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti mətbuat yayıb. "Yuventus" 24 yaşlı futbolçunu icarəyə götürüb. "Qoca sinyora" illik icarəyə görə 3,3 milyon avro ödəyəcək. Razılaşmaya görə, "Yuventus" mövsümün sonunda 14 milyon avro ödəyərək Kalyulyunu birdəfəlik ala biləcək.
Qeyd edək ki, sözügedən oyunçu 2020-ci ildən "Milan"ın formasını geyinir. 24 yaşlı Kalyulyunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Ötən mövsümün böyük hissəsində zədəli olan Pyer bütün turnirlərdə 11 matça çıxıb.
Mirağa