İtaliyanın "Milan" klubunun futbolçusu İsmael Bennaser ciddi xəsarət alıb.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, o, Əlcəzair millisinin heyətində sıradan çıxıb.
26 yaşlı yarımmüdafiəçinin baldır əzələsində ciddi zədə aşkarlanıb. Onun təxminən 4 ay komandasına kömək edə bilməyəcəyi vurğulanıb.
İsmaelin əməliyyat olunub-olunmayacağı gələn həftə bilinəcək.