"Milan" Fransa millisinin üzvü ilə razılığa gəldi

"Milan" Fransa millisinin üzvü ilə razılığa gəldi

İtaliyanın "Milan" klubu "Monako"nun və Fransa millisinin yarımmüdafiəçisi Yusuf Fofana ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Italia" yayıb.

Mənbənin məlumatına görə, 25 yaşlı oyunçu "San Siro"ya keçməyə hazırdır, lakin İtaliya klubu hələ də moneqasklarla razılığa gələ bilməyib.

Fofana mövsümə 2,5 milyon avro maaşla 5 illik müqaviləyə razılaşıb. İtaliya nəhəngi müqaviləsinin bitməsinə bir il qalan futbolçuya görə "Monako"ya 25 milyon avro ödəmək istəyir, Liqa1 klubu isə məbləği daha 15 milyon avro artırılmasını tələb edir.

25 yaşlı mərkəz yarımmüdafiəçi son mövsümdə Liqa1-də 32 oyuna çıxıb və 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər