"Milan" 3 sabiq hücumçusunun adını Şöhrət Zalına daxil etdi

"Milan" 3 sabiq hücumçusunun adını Şöhrət Zalına daxil etdi

"Milan"ın üç əfsanəvi hücumçusunun - Andrey Şevçenko, Marko van Basten və Filippo İnzaginin adı klubun Şöhrət Zalına daxil edilib.

Fanat.Az "qırmızı-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, onların adları azarkeşlərin səsverməsindən sonra Şöhrət Zalına salınıb.

Qeyd edək ki, Milan Şöhrət Zalı 2024-cü ildə klubun 125 illik yubileyi münasibətilə yaradılıb. Üzv olmaq şərəfini qazanan ilk şəxs məşhur müdafiəçi Franko Baresi olub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər