"Qəbələ" kimi iddialı kluba keçdiyim üçün çox sevincliyəm. Yaxşı kollektivimiz var. Qısa müddətdə yeni komandama uyğunlaşdım. Hamı ilə gözəl münasibətim var". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yeni transferi Davron Erqaşev deyib.
Tacik futbolçu "Qəbələ"də möhkəmlənəcəyinə inanır: "Qəbələ"nin hədəflərindən xəbərdaram. Məni qarşıda güclü rəqabət gözləyir. Özümə, bacarığıma güvənirəm. Düşünürəm ki, bacarığımı ortaya qoyub heyətdə möhkəmlənə bilərəm".
Fanat.az