"Mənə Azərbaycanın gözəl ölkə olduğunu demişdilər"

"Mənə Azərbaycanın gözəl ölkə olduğunu demişdilər"

“Qəbələ” böyük klubdu. Bu komandanın avrokuboklardakı uğurlu çıxışına baxın”. Fanat.Az xəbər verir ki, bunu “Qəbələ”nin yeni transferi Endi Hallidey deyib.

"Qəbələ"nin Şotlandiya "Qlazqo Reyncers"indən icarəyə götürdüyü futbolçu futbolçu Britaniya mətbuatına danışıb: "Hələ müqavilə bağlamamış Qəbələ" haqda informasiya toplamışdım. Bu barədə mənə vaxtilə komandanın formanı geyinmiş şotlandiyalı qapıçı Qrem Smit və Şimali İrlandiya millisinin heyətində Azərbaycana qarşı çıxış etmiş Li Honson danışmışdı. Hər ikisi Azərbaycanın gözəl ölkə olduğunu demişdi. Komandanın bir hissəsi olmaq və Avropa futboluna yol açmaq istəyirəm. Burada hər şeyin çox yaxşı qurulduğunu hiss edir və ciddi rəqabət şəraitində keçəcək oyunları səbirsizliklə gözləyirəm. Əlbəttə, çempionat barədə elə də məlumatlı deyiləm. Amma bunu da tezliklə biləcəyəm. Hələlik isə yaxşı komandamızın olduğunu görürəm".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər