"Təbii ki, "Bakı" öz istəyin bildirə bilər. Amma burda başqa məsələ var. Mən "Bakı" futbol akademiyasının yetirməsi deyiləm. 17 yaşıma kimi məhz "Qarabağ"da oynamışam. Daha sonra isə "Bakı"ya keçmişəm". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Şəhriyar Əliyev deyib.
"Bakı" "Qarabağ" və "Simurq"a transfer olunan 4 futbolçusuna görə pul tələb edir. Onlardan biri də Şəhriyar Əliyevdi. Lakin futbolçu özünü "Bakı"nın yetirməsi hesab etmir: "Akademiyanın yetirməsi sayılmaq üçün isə gərək 17 yaşdan aşağı olanda bura gələm. Yəni mən elə "Qarabağ"ın yetirməsiyəm. 17 yaşımda "Bakı"nın əvəzedici heyətinə keçmişəm və burada 2 il oynadıqdan sonra əsas komandaya götürüblər. Başqalarını bilmirəm, amma mənimlə olan məsələ bu cürdü".
Fanat.az