"Mən şadam ki, Marat özünə yeni iş yeri tapa bildi. Bilirəm ki, o, orada icarə əsasında çıxış edəcək". Fanat.az xəbər verir ki, bu sözləri Marat İzmayılovun "Qəbələ"yə keçidinə münasibət bildirən "Portu"nun baş məşqçisi Paolo Fonseka deyib.
Portuqaliya klubunun çalışdırcısı rusiyalı futbolçunun "Portu"ya dönməyəcəyinə işarə vurub: "Bununla da Maratın "Portu" macərası başa çatdı. Ümid edirəm ki, İzmaylov Azərbaycanda xoşbəxtdi".
Qeyd edək ki, İzmaylov son dörd ayda "Portu"nun məşqlərində iştirak etməyib. Portuqaliya klubu ilə 2015-ci ilədək müqaviləsi olan futbolçu "Qəbələ"də yayadək icarə əsasında çıxış edəcək.
Fanat.az