"Mançester Yunayted"in futbolçusu Bakıya gəlir

"Mançester Yunayted"in futbolçusu Bakıya gəlir
Şimali İrlandiya millisinin heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Maykl O’Nil DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və İsraillə keçirəcəkləri oyunlar üçün 23 futbolçuya dəvət göndərib.
Onlardan 16-si İngiltərə, 6-si Şotlandiya, 1-i isə Yunanıstan çempionatında çıxış edir. Bakıya gələcək futbolçular arasında "Mançester Yunayted"in üzvü Conatan Evans da var.
Oktyabrın 11-də Bakıda Azərbaycan, 4 gün sonra Ramat Qanda İsrailin qonağı olacaq adalılar 23 oyunçuya güvənəcəklər.
Qapıçılar: Ray Kerroll (Olimpiakos, Yunanıstan), Alan Mannus (Sent Conston, Şotlandiya), Maykl Mak Qovern (Falkirk, Şotlandiya)
Müdafiəçilər: Qaret Makoli (Vest Bromviç, İngiltərə), Conatan Evans (Mançester Yunayted, İngiltərə), Aleks Brüs (Hall Siti, İngiltərə), Li Hodson (MK Donas, İngiltərə), Daniel Laferti (Barnli, İngiltərə), Kreyq Ketkart (Blekpul, İngiltərə), Rori Makardli (Bredford, İngiltərə).
Yarımmüdafiəçilər: Kris Beyrd (Ridinq, İngiltərə), Stiven Devis (Sauthempton, İngiltərə), Oliver Norvud (Haddersfild, İngiltərə), Neyl Makqinni (Aberdin, Şotlandiya), Şon Ferqyuson (Birmingem, İngiltərə), Korri Evans (Blekbern, İngiltərə), Kris Brant (Vest Bromviç, İngiltərə), Semmi Klinqan (Kilmarnok, Şotlandiya)
Hücumçular: Uil Qriqq (Brentford, İngiltərə), Boilli Makki (İnverness, Şotlandiya), Martin Patterson (Haddersfild, İngiltərə), Cemi Uord (Derbi, İngiltərə), Coş Maqennis (Aberdin, Şotlandiya). 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər