"Mançester Yunayted" "İnter"dən İvan Perişiçi heyətinə qatır. Fanat.Az xəbər verir ki, İngiltərə klubu italyanlarla anlaşmaq üzrədi.
Tərəflərin transferi böyük ölçüdə razılaşdırdığı deyilir. "Mançester Yunayted"in xorvat futbolçuya görə 45,9 milyon avro ödəyəcəyi deyilir. Transferin yaxın günlərdə reallaşması gözlənilir.
Qeyd edək ki, "İnter" 28 yaşlı forvardı 2015-ci ildə "Volfsburq"dan 19 milyon avroya almışdı.
Fanat.Az