"Mançester Yunayted" - "Sabah" matçının ən yaxşısı seçildi

"Mançester Yunayted" - "Sabah" matçının ən yaxşısı seçildi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində keçirilən "Mançester Yunayted" - "Sabah" qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı 22 yaşlı danimarkalı müdafiəçi Patrik Dorqunu matçın ən yaxşı oyunçusu seçib.

Meydana start heyətində başlayan və 72-ci dəqiqədə Herri Amassla əvəzlənən gənc futbolçu qarşılaşma boyu sərgilədiyi üstün oyunla diqqət çəkib. O, həmçinin 27-ci dəqiqədə Mateus Kunyanın vurduğu ilk qolun ötürməsini verməklə qələbədə pay sahibi olub.

Qeyd edək ki, sözügedən qarşılaşma "Mançester Yunayted"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər