İngiltərənin "Mançester Yunayted" klubu Fransa millisinin dayaq yarımmüdafiəçisini sıralarına cəlb etmək barədə düşünür.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.
Məlumata görə, manikunianlar cari mövsümün sonunda komandadan gedəcəyi dəqiqləşən Kazemironun yerinə "Real Madrid"in futbolçusu Orelyen Tçuamenini gətirmək niyyətindədirlər. Mənbə Madrid təmsilçisinin Tçuameninin mövqeyinə "Mançester Siti"dən Rodrini transfer etməyi hədəflədiyini xatırladaraq onun MY-yə satıla biləcəyini vurğulayıb.
Tçuameninin "Real" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Toğrul