"Makkabi" - "Sabah" matçının hakimləri bilindi

"Makkabi" - "Sabah" matçının hakimləri bilindi

"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə “Makkabi”yə (İsrail) qarşı keçirəcəyi ilk oyununun hakim təyinatı açıqlanıb.

Fanat.Az xəbər verir ki, Macarıstandakı “Varkert” stadionunda baş tutacaq görüşü belçikalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Natan Verbumenə yan xətt hakimləri Matias Hillaert və Ruben Vins kömək edəcək. Dördüncü hakim funksiyasını isə Uesli De Kremer yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 25-də keçiriləcək "Makkabi" - "Sabah" matçının start fiti saat 19:00-da səslənəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər