"Lokomotiv"in prezidenti Putə qarşı: "Türkiyəyə gedəcəyik"

"Lokomotiv"in prezidenti Putə qarşı: "Türkiyəyə gedəcəyik"

Moskva "Lokomotiv"i Türkiyədə təlim-məşq toplanışından keçirməkdən imtina etməyəcək. Fanat.az хəbər verir ki, bu barədə klubun prezidenti Olqa Smorodskya açıqlama verib.

Klub rəhbəri bildirib ki, planlarını pozmayacaqlar və Türkiyəyə gedəcəklər: "Baş verənlərə görə Türkiyə planımızdan imtina etməyəcəyik. Yanvar ayı üçün təlim-məşq toplanışı planımızı pozmaq fikrimiz yoхdu. Klub olaraq aylar əvvəl qərar vermişik və хərc çəkmişik".

Qeyd edək ki, Türkiyənin sərhədlərini pozan Rusiya təyyarəsini vurmasından sonra iki ölkə arasında gərginlik yaranıb. Bu səbəbdən ölkə rəhbərliyi idman klublarına Türkiyəyə təlim-məşq toplanışından imtina etməyi tapşırıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər