"Lokomotiv" idman kompleksində partlayış baş verib. Fanat.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində yerləşən kompleksdə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Partlayış nəticəsində ölən və yaralanan var. 1964-cü il təvəllüdlü Şahvələd Məmməd oğlu Məmmədov hadisə nəticəsində vəfat edib. 1987-ci il təvəllüdlü Elvin İmran oğlu Qurbanov isə yaralanıb.
Dağıntılar altında insanların olduğu ehtimal olunur. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində müvafiq təmizləmə işləri görürlər.
Ehtimala görə, idman kompleksinin qazanxanasında baş vermiş partlayışa qaz sızması səbəb olub.
Fanat.az