Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, Bakının "Lokomotiv" klubu mübarizəyə səfərdə başlayıb.
Təmsilçimiz Polşada "Bank Fakro"nun qonağı olub. İlk setdə rəqibinə müqavimət göstərə bilməyən "Lokomotiv" sonrakı setlərdə sonadək mübarizə aparsa da, 0:3 hesablı yenilgidən qaça bilməyib.
CEV Kuboku
1/4 final
İlk oyun
14 yanvar
Bank Fakro (Polşa) - Lokomotiv (Azərbaycan) 3:0 (25:15, 25:23, 26:24)
Hakimlər: Martin Stenbok (İsveç), Monika Ujhaziyə (Macaristan).
Muşina, Muşinyanka İdman Sarayı.
Fanat.az