Qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu CEV kubokunda 1/16 final mərhələsində cavab matçına çıxıb. Fanat.az xəbər xəbər verir ki, “dəmiryolçular” ilk görüşdə darmadağın etdikləri “Brno”nun qonağı olub.
Bakı klubu Çexiyada da evdə olduğu kimi rəqibini darmadağın edib - 3:0 (25:21, 25:22, 25:20). Bu qələbədən sonra “Lokomotiv” 1/8 finala çıxıb. “Brno” isə, mübarizəni Çellenc kubokundan davam etdirəcək.
Fanat.az