Bakının "Lokomotiv" klubu qadın voleybolçular arasında CEV Kubokunun 1/16 final mərhələsinin ilk oyununa çıxıb. Fanat.az xəbər verir ki, "dəmiryolçular" Çexiyanın "Brno" klubunu qəbul edib.
"Lokomotiv" rəqibini quru hesablı məğlubiyyətlə yola salıb. İlk setə 25:20, ardınca 25:12 hesablı üstünlük əldə edən təmsilçimiz son setdə də rəqibindən üstün olub - 25:17.
"Brno" və "Lokomotiv" arasında cavab matçı oktyabrın 29-da Çexiyada keçiriləcək.
CEV kuboku
1/16 final mərhələsi
İlk oyunlar
23 oktyabr
Lokomotiv (Azərbaycan) - Brno (Çexiya) 3:0 (25:20, 25:12; 25:17)
Hakimlər: Sergey Vaytsiakoviç (Belarus), Arzu Əmioğlu (Türkiyə).
Bakı, Voleybol Mərkəzi.
Fanat.az