Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab görüşləri keçirilib. Fanat.az xəbər verir ki, sonuncu oyun günündə “Lokomotiv” “Bank Fakro”nu qəbul edib.
Polşada 0:3 hesabı ilə yenilən "dəmiryolçular" evdə də məğlubiyyətlə barışıb. Matçın taleyi tay-brikdə həll olunub - 2:3.
CEV kuboku
1/4 final
Cavab oyunu
23 yanvar
Lokomotiv (Azərbaycan) - Bank Fakro (Polşa) 2:3 (24:26; 25:14; 21:25; 25:18; 12:15)
Hakimlər: Onur Hosnut (Türkiyə), Kristina Fort (Rumıniya).
Bakı, Voleybol Mərkəzi.
Fanat.az