"Leyptsiq"in futbolçusu Bakıda oynamayacaq

"Leyptsiq"in futbolçusu Bakıda oynamayacaq

"Leyptsiq" klubundan Almaniya yığmasına ilk dəfə çağırılmış futbolçu Tim Verner Azərbaycan milli komandasına qarşı 2018-ci il Dünya çempionatının seçmə qrup matçında çıxış edə bilməyəcək. Buna 21 yaşlı hücumçunun İngiltərə ilə yoldaşlıq görüşündə zədələnməsi səbəb olub.

Verner baldır əzələsindən aldığı zədə üzündən 77-ci dəqiqədə əvəzlənməli olub. Baş məşqçi Yoahim Löv zədənin ciddi olduğunu və gənc forvardın evinə yola salınacağını bildirib: "Vernerdən Azərbaycanla oyunda yararlana bilməyəcəyik".

Qeyd edək ki, Bundestim Azərbaycan millisi ilə martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək. Görüş saat 20:00-da başlanacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər