Avropa Liqasının I təsnifat mərhələsində Bakı "İnter"inin rəqibi olan Albaniyanın "Laçi" klubu Azərbaycana aparıcı futbolçularından birini - yarımmüdafiəçi Argend Mustafanı gətirə bilməyib. Fanat.az xəbər verir ki, buna səbəb onun Azərbaycana gəlmək üçün viza ala bilməməsi olub.
Çünki Mustafa Kosovo vətəndaşıdır. Azərbaycan isə Kosovonu hələ müstəqil dövlət kimi tanımır. Nəticədə, Mustafa İstanbuldan geri qayıtmalı olub.
Bu üzdən də "Laçi" sabah Bakıda qarşılaşacağı "İnter"lə cavab matçına ciddi itki ilə çıxacaq.
Fanat.az