"Laçi"nin baş məşqçisi: "Futbolçumuzu Bakıya buraxmadılar"

"Laçi"nin baş məşqçisi: "Futbolçumuzu Bakıya buraxmadılar"
"Laçi"nin baş məşqçisi Armando Cunqu "İnter"lə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, alban mütəxəssis Bakıda keçirdiyi mətbuat konfransında bunları deyib: 
"İnter"lə oyun bizim üçün asan olmayacaq. Mərhələ keçmək istəyirik və inanırıq ki, buna nail olacağıq. Albaniyadakı oyunda yaxşı çıxış etdik. Daimi hücumlar etməyimizə baxmayaraq, rəqib bir səhfimizdən yararlandı və qol vurdu. Futbol 90 dəqiqədi. İnanırıq ki, növbəti mərhələyə vəsiqə qazanacağıq. Növbәti mәrhәlә bizim üçün önәmlidi. Birinci oyunda daha yaxşı oynamışdıq. Biz burda qәlәbә qazana bilәrik. Bir futbolçumuz, Kosovodan olan Mustafa gәlmәyib. Onu Bakıya buraxmadılar. Bizim üçün çәtin olacaq. Siyasi mәsәlәlәri futbola qatmaq lazım deyil. Özümüzdәn razıyıq. Futbolda müxtәlif nәticәlәr var. Bütün nәticәlәrә hazırlaşmışıq. İlk oyunda top iki dәfә dirәyә dәymişdi. Hәmin epizodlarda rәqibin bәxti gәtirmişdi. Qollar vura bilәrdik. Әgәr hesabda yenidәn önә keçsәydik, “İnter” üçün çәtin olacaqdı”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər