"ÇL-in finalını Bakıda təşkil etmək istəyirik"

"ÇL-in finalını Bakıda təşkil etmək istəyirik"

“Seçmə mərhələyə “niyə də yox?” deviziylə başladıq. Deyərdim ki, özünü doğrultdu. Yığmamız ilk oyunlarda azarkeşləri sevindirdi. Uğurun davamının gələcəyinə inanıram”. Fanat.Az xəbər verir ki, bu sözləri bu gün 10.00-da “Boulevard Hotel”də start götürən AFFA-nın Hesabat Konfransında Rövnəq Abdullayev deyib.

 

Qurum başqanı əlavə edib: “Qarabağ”la “Qəbələ” Avroliqanın qrupunda yaxşı oynadılar. AÇ-2020-nin loqosunun təqdimat mərasimi yüksək səviyyədə keçirildi. Ölkə prezidentinə futbolumuza göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk.

2019-cu ildə Çempionlar Liqasının və ya Avroliqanın finalını Bakıda təşkil etmək istəyirik. AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəddi. Ona digər namizədlərlə mübarizədə uğurlar arzulayıram”.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər