"Kukurelya Yamalı cibində saxlamışdı" - "Çelsi"nin qapıçısı

"Kukurelya Yamalı cibində saxlamışdı" - "Çelsi"nin qapıçısı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda öz meydanında "Barselona"nı darmadağın edən "Çelsi"nin qapıçısı Robert Sançes oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az-ın "Marca"ya istinadən məlumatına görə, o, "zadəganlar"ın müdafiəçisi Mark Kukurelyanın İspaniya yığmasındakı komanda yoldaşına - qonaqların ulduzu Lamin Yamala göz açmağa imkan vermədiyini bildirib: 

"Kukurelya Yamalı cibində saxlamışdı. Onların hamısı İPL komandası ilə üz-üzə gələnə qədər əla görünürlər. "Barselona" Çempionlar Liqasının favoritidirmi? Yox, favorit bizik".

Xatırladaq ki, Çempionlar Liqasının final oyunu Macarıstandakı "Puşkaş Arena"da baş tutacaq. Həlledici qarşılaşma gələn ilin may ayının 30-da keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər