"Kukurelya La Liqada əziyyət çəkməli olacaq" - Daniel Olmo

"Kukurelya La Liqada əziyyət çəkməli olacaq" - Daniel Olmo

"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmo "Real Madrid"in yeni transferi Mark Kukurelyanın yığmadakı komanda yoldaşlarına "kral klubu"na keçməyə yaxın olduğunu demədiyini bildirib.

Fanat.Az xəbər verir ki, Olmonun sözlərini tanınmış insayder fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"O, bizə "Real" barədə heç nə deməmişdi! Kukurelya La Liqada əziyyət çəkməli olacaq. Məsələn, Lamin Yamala qarşı keçirəcəyi matçlarda..."

Madrid təmsilçisi 27 yaşlı Kukurelyanın transferini iyunun 15-də açıqlayıb. "Çelsi"dən alınan arxa xətt oyunçusu müddəti 2032-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atıb. Mark 2012-2020-ci illər aralığında "Barselona"da olub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər