"Kəpəz"in qonağı olacaq "Qəbələ"də itki varmı?

"Kəpəz"in qonağı olacaq "Qəbələ"də itki varmı?

Misli Premyer Liqasının 5-ci turunda "Kəpəz"in qonağı olacaq "Qəbələ"nin heyəti ilə bağlı son vəziyyətə aydınlıq gəlib.

Bu barədə Fanat.Az-a "qırmızı-qaralar"ın sözçüsü Elnur Məmmədli məlumat verib.

Klub rəsmisi hazırda "Qəbələ"də zədəli və ya cəzalı futbolçu olmadığını, komandanın gəncəlilərlə matça tam heyətlə hazırlaşdığını bildirib.

Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" görüşü sentyabrın 12-də reallaşacaq. Gəncə şəhər stadionunda keçiriləcək matçın start fiti 17:30-da səsləndiriləcək. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər